…“Rusiya Könüllülər Korpusu”nun “Den” çağırış nişanlı döyüşçüsü son bir neçə ayda bölmədə olduğu Avdeevkadakı döyüşlərdən danışıb.
SİA rus əsilli Ukrayna tərəfdə döyüşən könüllünün TSN saytına danışdılarına diqqət çəkib.
Beləliklə, “Den” çağırış nişanlı döyüşçünün dediyinə görə, o,
noyabr ayından son vaxtlara qədər Avdeevkada olub.
…Mən və minaatan ekipajı Avdeyevkanın yaxınlığında döyüşürdük. Qarşı tərəfin “ət” hücumları hər gün davam edirdi. Belə ki, ruslar kiçik qruplar halında bizə tərəf sürünürdülər. Təbii ki, artilleriyanın olduğu yerlərdə onların nəyə ümid etdikləri bəlli deyildi.
“Den” çağırış nişanlı döyüşçünün sözlərinə görə, əsir düşən rusların bəziləri “Rusiya Könüllülər Korpusu” tərəfinə keçib və artıq döyüşlərdə özlərini yaxşı tərəfdən də göstəriblər.
…Belə ki, onlardan biri, Sturm-Z-dən, digəri isə “Vaqner”dəndir. Və onların hər ikisınin dediyinə görə, ruslarda geri qayıtma yoxdur, yəni geri çəkilsən, sadəcə olaraq güllələnəcəksən. Yəni, onların yalnız bir yolu var - irəli, mövqe tut və kiminsə səni əvəzləyəcəyini gözlə…
Qeyd edək ki, könüllü təslim olanlar rus komandanlığının onlarla necə rəftar etdiyini görərək bu qərarı verdiklərini deyirlər.
…Ümumiyyətlə, orada vəziyyət elədir ki, insanlar həbsxana zonalarında oturub, informasiya vakuumundadırlar. Çünki internetə daxil olmaq mümkün olan yerlər azdır.
Amma, dediklərinə görə, onlar üçün hər yerdə televizor var.Yəni boş vaxtlarında əylənmək üçün edə biləcəkləri tək şey televizora baxmaqdır və bunun onlara nə “töküldüyü” aydındır. Bundan əlavə bəzi qəzetlər yəqin ki, onlara verilir. Onlar bunu tamam başqa cür görürlər.
Yəni əslində hər şey olduğu kimi deyil.
Qeyd edək ki, “Den” çağırış nişanlı döyüşçü Rusiyada doğulub və uzun illər orada yaşayıb. 2020-ci ildə o, Belarusa Lukaşenkoya qarşı kütləvi etiraz aksiyaları üçün Minskə gəlib.
Bundan sonra isə Ukraynaya…
Və genişmiqyaslı işğalın başlaması ilə Ukraynanı müdafiə etməyə başlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB