NATO Polşanın Bıdqoş şəhərində ukraynalı hərbçilərin alyansın hərbçiləri ilə birgə təhsil alacağı və təlim keçəcəyi birgə təlim mərkəzi açmaq qərarına gəlib.
SİA bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına istinadən xəbər verir.
…Bu gün biz Polşada təhlil, təlim və təhsil üçün yeni NATO-Ukrayna mərkəzi yaratmaq qərarına gəldik.
Bunu Stoltenberq bildirib. Onun sözlərinə görə, bu mərkəzdə ukraynalı hərbçilər Ukrayna hadisələri zamanı əldə etdikləri dərsləri bölüşə biləcəklər. Bundan əlavə, ukraynalılar da NATO həmkarları ilə birgə təlim keçə və təhsil ala biləcəklər.
NATO-nun baş katibi vurğulayıb ki, bu müştərək mərkəz təkcə Ukraynaya deyil, həm də Alyansın özünə lazımdır.
…Bu mərkəz Ukraynaya Rusiya-Ukrayna müharibəsi zamanı əldə etdiyi təcrübəni bölüşməyə imkan verəcək və Ukrayna Silahlı Qüvvələrinə NATO tərəfdaşları ilə əl-ələ verib təhsil almağa, eləcə də təlim keçməyə imkan verəcək struktur yaradacaq.
Bunu da Stoltenberq bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB