Rusiya 2 yanvar hücumuna təxminən 620 milyon dollar xərcləyib

Rusiya 2 yanvar hücumuna təxminən 620 milyon dollar xərcləyib

Yanvarın 2-də Ukraynaya kütləvi raket hücumu Rusiyaya təxminən 620 milyon dollara başa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Forbes Ukraine” öz hesablamalarına əsaslanaraq yazır.

“Forbes Ukraine” bu rəqəmi Ukrayna Hərbi Hava Qüvvələrinin ilkin məlumatlarına əsasən formalaşdırıb, ona əsasən, yanvarın 2-nə keçən gecə və səhər Rusiya qoşunları Ukraynaya qarşı ümumilikdə 99 müxtəlif tipli raket və pilotsuz uçuş aparatlarından istifadə edib.

Belə ki, birinci dalğada gecə saatlarında düşmən “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə Ukrayna ərazisindəki hədəflərə hücum edib (35 pilotsuz uçan aparatın hamısı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib).

Səhər saatlarında ruslar strateji aviasiyadan - ən azı 70 Kh-101 / Kh-555 / Kh-55 qanadlı raketləri buraxan Tu-95MS bombardmançılarından istifadə ediblər.

Ruslar, həmçinin MiQ-31K qırıcılarından 10 ədəd Kh-47M2 “Kinjal” aeroballistik, 3 ədəd “Kalibr” qanadlı, 12 ədəd “İskəndər-M/S-300/S-400”, və 4 ədəd X-31P antiradar raketləri atıb.

Nəzərə alsaq ki, raketlərin növləri üzrə dəqiq bölgüsü naməlum olaraq qalır, “Forbes Ukrayna” onların dəyərini təxminən 620 milyon dollar qiymətləndirir.

“Forbes Ukraine” hesablamalarına görə, Rusiya Federasiyasının 29 dekabr 2023-cü ildə həyata keçirdiyi əvvəlki kütləvi hücum işğalçı ölkəyə ən azı 700-750 milyon dollara başa gəlib.

Rus hücumlarının dəyərini hesablamaq üçün jurnalistlər aşağıdakı hesablamalardan istifadə etdilər: Kh-101 raketinin dəyəri - 13 milyon dollar, Kalibr - 6,5 milyon dollar, İskəndər - 3 milyon dollar, Oniks - 1,25 milyon dollar, Kh-22 - 1 milyon dollar , X- 55 – 2 milyon dollar, X-555 – 4 milyon dollar, X-47 “Kinjal” – 15 milyon dollar, Şahed-136 hücum pilotsuz təyyarəsi – 50 min dollar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə