NATO-nun baş katibi Yens Stoltenberq prezident Anjey Duda ilə Polşanın hava məkanının Rusiya raketi ilə pozulmasını müzakirə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “polskieradio.pl” xəbər verir.
Hadisə səhər saatlarında Rusiya aviasiyasının Ukraynaya silsilə zərbələri zamanı baş verib.
...NATO dəyərli müttəfiqimizlə həmrəydir. Biz vəziyyəti izləyirik və faktlar aşkarlanana qədər əlaqə saxlayacağıq. NATO sayıqlığını davam etdirir.
Qeyd edək ki, Yens Stoltenberq Polşa prezidenti ilə söhbətindən sonra onu əmin edib.
Xatırladaq ki, səhər saatlarında Rusiyadan bir sıra raket hücumları Ukrayna şəhərlərinə - Kiyev, Xarkov, Dnepr, Zaporojye, Odessa, eləcə də Lvov və Lvov vilayətinə, o cümlədən Polşa ilə sərhədin düz yaxınlığında yerləşən Yavorovski rayonuna düşüb.
Hücum nəticəsində onlarla insan həlak olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB