"Sevdiklərinizdən ayrılmayın..!"

"Sevdiklərinizdən ayrılmayın..!"

...Əvvəllər prezident Vladimir Putini cəbhəyə gedib “döyüşərək” ölməyə çağıran səfərbərlərin arvadları bu dəfə “Evə yol” teleqram kanalında dövlət başçısına yeni müraciət ünvanlayıblar. SİA bu barədə rus saytlarına istinad edir.

...Bu gün bizə qoşulan qadınlardan birinin əri Marianada öldürülüb. Ümid edirik ki, Vladimir Vladimiroviç və minlərlə sınmış talelərə cavabdeh olanlar Yeni il günü zərif stəkanlarında ağzına qədər dolu olan oğlanlarımızın qanında boğulmayacaqlar!..

Qeyd edək ki, bunu ehtiyatda olan hərbçilərin arvadları bildiriblər.

Onu da qeyd edək ki, bundan əlavə videomüraciət özünü Sankt-Peterburqdan olan Mariya İşkova kimi təqdim edən qadının imzası altında yerləşdirilib.

O, ərinin 2022-ci ilin payızında səfərbər edildiyini və avqust ayında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq üçün qatıldığı döyüşdə öldürüldüyünü bildirib.

Maraqlıdır ki, Sankt-Peterburqdan olan qadın həmkarlarına bu gün mübariz olmağa, mümkün olan hər şeyi etməyə çağırış edib. O hətta imkan tapıb evə qaçan kişilərin arvadlarına onlarla birgə qaçmağı da məsləhət görüb.

...Və o da maraqlıdır ki, səfərbər olunanların arvadları Mariya İşkova ilə razılaşır və indi hər dəqiqənin önəmli olduğunu bildirirblər.

...Nə qədər gec deyil, biz sevdiklərimiz üçün mübarizə aparmalıyıq.

Qadınlar deyirlər bunu...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə