Belarusun Qrodno şəhərində 10-dan çox həkim məhkum edilib

Belarusun Qrodno şəhərində 10-dan çox həkim məhkum edilib

Belarusun Qrodno şəhərindən olan ən azı 13 həkim “ekstremist materiallar” yaymaqda təqsirli bilinib. Qərarlar məhkəmə bankında ortaya çıxmaqdadır(?).

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, cərimələnənlər arasında neyrocərrah və neonatoloq da var.

Deməli yerli saytların yazdığına görə, “ekstremist materiallar” yaymaqda təqsirli bilinən həkimlər 370-1100 rubl cərimə ediliblər.

Məsələn, azyaşlı uşaq anası olan neonatoloq İnstaqramda onu izlədiyinə görə 15 əsas vahid (555 rubl) məbləğində cərimə edilib və mobil telefonu müsadirə edilib. Neyrocərrah VKontakte-də ekstremist məzmuna abunə olduğuna görə 25 əsas vahid (925 rubl) cərimələnib.

Bir həkim üç sutka müddətinə həbs edilib, onun mobil telefonu müsadirə edilib; üç tibb bacısı, bir həkim, bir ümumi praktik həkim və bir təcili tibbi yardım xəstəxanasının əməkdaşı da “ekstremist” mənbələrə abunə olmaqda və “vizual ekstremist məhsullar” saxlamaqda mühakimə olunublar.

Qrodno Dövlət Tibb Universitetinin müəllimi, “Dünya İşığı” kilsəsinin deakonu Denis Komyagin də cərimələnib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə