Ramzan Kadırov münaqişənin proqnozunu verdi...

Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi hərbi əməliyyatın 2024-cü ildə başa çatacağını bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Kadırovun sözlərinə görə, gələn il Rusiya Ukrayna ilə münaqişədə qalib gələcək. O, həmçinin əlavə edib ki, Rusiya hərbçiləri “hələ bir neçə şəhəri azad etməlidirlər” və bundan sonra Kiyevə “təslimiyyəti imzalamağa icazə veriləcək”.

“...Qüvvələrimiz nəhəng addımlarla deyil, inamlı addımlarla irəliləyirlər. Və danışıqlardan danışmağın mənası yoxdur, çünki Rusiya daha sərfəli strateji və iqtisadi mövqedədir. Hələ geri qaytarmalı olduğumuz bir neçə şəhərimiz var. Və sonra biz Ukraynanın şeytani rəhbərliyinə təslim sənədlərini imzalamağa və nəhayət, Ukrayna xalqını Qərb tərəfindən tamamilə məhv olmaqdan azad etməyə icazə verəcəyik”.

Ramzan Kadırov yazıb bunları, amma...

Bir müddət bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi xüsusi hərbi əməliyyatın bitmə vaxtını proqnozlaşdırmağın mümkün olmadığını bəyan etmişdi.

Kimə deyirsən..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə