...Qərb tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərinin müasir modellərini alandan bəri Ukrayna rusların əvvəllər müqavimət göstərə bilmədiyi silahlarını vura bilib.
Bu, xüsusən də bir neçə ay əvvəl “məğlubedilməz” sayılan “Kinjal” raketlərinə aiddir.
...İndi bizdə artıq 15 vurulmuş “Kinjal” var. Bundan əlavə Kiyevə doğru uçan daha onlarla vurulmuş ballistik rus raketləri əldə etmişik. “Patriot” özünü sübut etdi.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Novinarnyaya müsahibəsində bildirib.
O, bu sistemlərin köməyi ilə rusların bir neçə təyyarəsini məhv etdiklərini də bildirib. Onun dediyinə görə, bununla bağlı ilk hadisə Rusiyanın Bryansk vilayətinin üzərində mayın 13-də baş verdi. Belə ki, həmin gün ruslar ən azı bir “Su-34” və “Su-35”, iki nadir Mi-8MTPR-1 elektron müharibə helikopteri və bir Mi-8 itirdi.
...Bu, Hərbi Hava Qüvvələri komandirinin rəhbərliyi altında parlaq əməliyyat idi. “Patriot” hava hücumundan müdafiə sistemi bölmələrinin qeyri-ənənəvi qətiyyətli hərəkətləri sayəsində rusların Bryansk istiqamətində beş dəqiqə ərzində beş uçan texnikası məhv edildi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB