Fələstin lideri Qəzzaya nəzarəti ələ keçirməyə hazır olduğunu təsdiqləyib
Qəzza zolağı Fələstin dövlətinin nəzarətinə keçə bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbas bildirib.
O əlavə edib ki, bu, yalnız İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyəti tənzimləməli olan hərtərəfli siyasi həll yolu çərçivəsində mümkündür.
Abbas, Qəzza zolağının Fələstinin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, “Şərqi Qüds və Qəzza zolağı daxil olmaqla, bütün İordan çayının qərb sahilini əhatə edən hərtərəfli siyasi həll yolu çərçivəsində üzərimizə düşən öhdəlikləri tam şəkildə yerinə yetirəcəyik” deyə bildirib.
Onu da qeyd edək ki, bir gün əvvəl Abbas Fələstin rəhbəri ilə görüşmək üçün İordaniyanın Qərb Sahilinə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
“Reuters”-un məlumatına görə, tərəflər Qəzza zolağının gələcəyini müzakirə ediblər.
Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə raket zərbələri endirməsindən və Qəzza zolağı ilə həmsərhəd bir sıra yaşayış məntəqələrini ələ keçirdikdən sonra başlayıb.
Bildirilib ki, əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox israilli həlak olub. Həmas silahlıları da çoxlu sayda girov götürüblər.
Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin bombardmanları başlayandan bəri bu zolaqda 9 mindən çox insan həlak olub.
ÜST-ün məlumatına görə, ölənlərin 40 faizi uşaqlardır. Hazırda Qəzza zolağı bağlanıb - elektrik enerjisi, internet yoxdur, istilik və suyun verilməsində fasilələr yaranıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB