Almaniya Ukraynaya təxminən 1 milyard avro dəyərində ikinci “qış yardım paketi” hazırlayır, bura “Patriot” və “IRIS-T” sistemləri daxildir.
SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius bu barədə oktyabrın 10-da Brüsseldə Ramşteyn formatında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun 16-cı iclası ərəfəsində bildirib.
Qeyd edək ki, ötən həftə Almaniya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskiyə ikinci “Patriot” sistemi vəd edib.
Bundan əlavə, oktyabr ayında Almaniya Ukraynanı idarə olunan raketləri olan üçüncü orta mənzilli “IRIS-T” və ikinci qısa mənzilli “IRIS-T SLS” buraxılış qurğusu, həmçinin idarə olunan raketlərlə təchiz edəcək.
Həmçinin yaxın bir neçə həftə ərzində Ukraynaya daha 10 “Leopard 1A5” tankı, üç “Gepard” özüyeriyən zenit silahı, 15 qorunan nəqliyyat vasitəsi və 20-yə yaxın mühafizə olunan tibbi maşın gələcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB