Bu arada Tver vilayətində “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu loqosu və “Qan, şərəf, ədalət, vətən, cəsarət, “Vaqner” PMC” yazısı olan bir daşdır. Qeyd edək ki, artıq abidənin fotosu da sosial şəbəklərdə yayımlanıb.
Deyilənlərə görə, abidə bizlərdə deyilən o “kənddən-kəsəkdən uzaq olsa da” amma artıq abidənin yanında çiçək və əklillər gətirənlər də va. Hətta abidənin üzərində “Vaqner” PMC-nin bayrağı da dalğalanır.
Maraqlıdır ki, Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyam zamanı Voronej vilayətində vurulan Ka-52 helikopterinin pilotlarına da abidə açılıb.
Yeri gəlmişkən, “vaqneritlər” tərəfindən bir neçə helikopterin və Müdafiə Nazirliyinin bir təyyarəsinin məhv edilməsinə baxmayaraq, onların ekipajlarının ölümü ilə bağlı cinayət işləri barədə hələ də heç bir rəsmi məlumat yoxdur.
Onu da qeyd edək ki, pilotların xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü dövlət mediasında qeyd olunmayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB