3D çap vasitəsilə istehsal edilən dünyanın ilk vegan qızılbalığı Avstraliyada supermarket rəflərində öz yerini tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qida texnologiyası startapı "Revo Foods" tərəfindən istehsal edilən və “THE FILET - Inspired By Salmon” adlı alternativ balıq filesinin supermarket rəflərinə yığılan ilk 3D çaplı qida olduğu bildirilib.
“Sənaye miqyasında 3D qida çapının mühüm mərhələsi ilə biz yaradıcı qida inqilabına, qidanın tam olaraq müştərinin ehtiyaclarına uyğun istehsal edildiyi dövrə qədəm qoyuruq” -deyə şirkətin baş direktoru Robin Simsa bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB