...Bu arada ABŞ-ın Gürcüstandakı səfirliyi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Gürcüstan hakimiyyətinə ölkədə Amerika hərbi bazasının yaradılması təklifi ilə bağlı yayılan məlumatlara cavab verib.
Birləşmiş Ştatların Gürcüstanı gələcək təcavüzdən qorumaq, bu ölkəni NATO üzvlüyünə daha yaxşı hazırladıqlarını deyən amerikalı səfir, ABŞ-ın Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etmədiyini deyib.
SİA bu barədə SOVA-ya istinad edir.
Qeyd edək ki, sentyabrın 12-də “Mtavari Arkhi” sayı Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl, yəni 2021-ci ilin oktyabrında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “görünməmiş təklif”lə Gürcüstana gəldiyi barədə yazıbmış.
Guya həmən vaxt ABŞ Gürcüstanda, bu ölkənin təhlükəsizliyi üçün birbaşa məsuliyyət daşıyacaq 1800 nəfərdən ibarət kontingent, tamhüquqlu hərbi baza yerləşdirməyə hazır olduğunu bildirib.
Lakin, yenə də guya, təklif rəsmi Tiflis tərəfindən müsbət qarşılanmayıb.
Xatırladaq ki, Lloyd Ostin 2021-ci ilin oktyabrında Gürcüstan və Ukraynaya gəlib. Ukrayna ABŞ-dan tibbi ləvazimat və ikinci silah göndərişi alıb. Gürcüstan hakimiyyəti ABŞ-dan hansı yardımı istədiklərini və Gürcüstanın gələcəkdə nə alacağını açıqlamayıb. Daha sonra müxalifətçi deputat Teona Akuardia, hökumətin susmasına səbəb kimi onun şimal qonşusu Rusiyanı “qıcıqlanmamaq siyasəti”ni göstərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB