Türkiyə Pakistandakı hücumu qınadı

Türkiyə Pakistandakı hücumu qınadı

Türkiyə Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumunu sərt şəkildə qınayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı həyata keçirilən intihar hücumu nəticəsində 9 əsgərin şəhid olduğunu, 5 əsgərin isə yaralandığını derin kədərlə öyrəndik. Sözügedən hücumun sərt şəkildə qınayırıq.

Türkiyə olaraq terrorla mübarizədə qardaş Pakistanın yanında olduğumuzu bir daha bildiririk. Şəhidlərə Allahdan rəhmət, dost və qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə onların yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə