Tacikistanda leysan yağışları nəticəsində 13 nəfər ölüb.

Tacikistanda leysan yağışları nəticəsində 13 nəfər ölüb.

Tacikistanda leysan yağışları nəticəsində 13 nəfər ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Tacikistan Prezident Aparatının məlumatına görə, ötən gün yağan güclü yağışlar nəticəsində Vəhdət şəhərində 11, Rudəki bölgəsində isə 2 nəfərin həyatını itirdiyi bildirilib.

Bəyanatda “Prezident Emoməli Rəhmon həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib”.

Bəyanatda o da bildirilib ki, prezident Emoməli Rəhmon ölkənin Baş nazirinə, Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına təbii fəlakətdə həyatını itirənlərin ailələrinə köməklik göstərilməsi və fəsadların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə