Ukraynanın müvəqqəti işlər vəkili Ermənistanda-Sevanda boğulub..?

Ukraynanın müvəqqəti işlər vəkili Ermənistanda-Sevanda boğulub..?

…Gərək ki, bizdən əvvəl də xəbər verildiyi kimi, Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko bu ölkədə dünyasını dəyişib.

Ukraynalı diplomatın avqustun 13-də Sevan gölündə boğulduğu deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar ertəsi, yəni bu gün ermənilərin Daxili İşlər Nazirliyi də bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi avqustun 14-də Sençenkonun ölümünü təsdiqləyib və onun təcrübəli və ixtisaslı zabit olduğunu, 2003-cü ildən agentlikdə işlədiyini qeyd edib.

Bu arada Ermənistan hakimiyyəti ölümün hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmaya başladığını elan edib. Amma baş verənlərin təfərrüatları hələ ki açıqlanmayıb.

Qeyd edək ki, yerli KİV-lər xilasedicilərin diplomatın cəsədini bazar günü axşam Sevandakı ictimai çimərlikdən çıxardıqlarını yazırlar. Bundan əvvəl o, sahildən 25 metr aralıda üzərkən diqqət çəkib.

Polis qeyd edib ki, Ukrayna vətəndaşının ölümü ilə bağlı materiallar Sevan rayon istintaq şöbəsinə göndərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə