Moskvanın mərkəzində zibil torbasında insan qalıqları tapılıb. Dəhşətli tapıntı ötən bazar günü axşam, avqustun 13-də Zemlyanoy Val küçəsində Lisa Alert axtarış qrupunun könüllüsü tərəfindən aşkar edilib. Zibil torbasında insan kəlləsi, sümüklər, dişlər və paltar parçaları olub.
SİA-nın REN TV mənbələrindən əldə etdiyi məlumata görə, bütün əşyalar ekspertiza üçün mütəxəssislərə təhvil verilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Rusiyanın Leninqrad bölgəsininVıborq şəhərində çantaya bükülmüş insan ayağı tapılmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB