Odessada rus işğalı başlayandan bəri ilk dəfə çimərliklər rəsmi olaraq açılıb
Rusların acığına..?

Odessada Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu başlayandan bəri ilk dəfə çimərliklər rəsmi olaraq açılıb. Qeyd edək ki, Odessadakı çimərliklər uzun müddət mina təhlükəsi səbəbindən istifadə etmək qadağan edilmişdi.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya işğalının əvvəlində Ukrayna hakimiyyəti şəhərə amfibiya hücumundan ehtiyatlanırdı. O vaxt sahil zolağında müxtəlif tipli minalar aşkar edilmişdi deyə, çimərliklər hasarlanaraq xəbərdarlıq nişanları ilə təmin edilmişdi.

Amma buna baxmayaraq, çimərliklərdən şəhər əhalisi gizli də olsa istifadə edirdi. Hətta həmən ərəfədə bir neçə bədbəxt hadisə də baş vermişdi.

İndi rəsmi olaraq açıq olan çimərliyi qapalı çimərlikdən yalnız oradakı növbətçi xilasedicilərin sayəsində ayırmaq mümkündür.

...Açıq üzgüçülük sahələri dəniz minalarına qarşı tor hasarlarla təchiz edilmişdir. Səhər saat 8-dən axşam 8-ə kimi çimərliyə gedə bilərsiniz. Hələlik altı zona açıqdır, onlardan biri əlillər üçündür. Sahədən gələn xəbərlər göstərir ki, istirahət yerlərində ən yaxın sığınacağı göstərən lövhələr də var.

Hava hücumu zamanı, şübhəli obyektlər aşkar edildikdə, fırtına zamanı insanların sahilyanı obyektlərdə olması qadağan edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə