Gürcüstanda "YandexGo" yoxlanılır...

Gürcüstanda "YandexGo" yoxlanılır...

Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti “YandexGo” tətbiqi vasitəsilə məlumatların emalının qanuniliyini öyrənməyə başlayıb.

Qurum vətəndaşlara xəbərdarlıq edir ki, tətbiqdən istifadə etməzdən əvvəl onun şəxsi cihazdakı məlumatların başqaları tərəfindən əldə edilə biləcəyini dəqiq öyrənmək üçün parametrlərini öyrənmək lazımdır.

Yalnız bundan sonra proqramı mobil telefona və ya kompüterə yükləyib-yükləməmək barədə qərar vermək lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Federal Xidməti tezliklə Rusiyanın “Yandex” şirkətinin məlumat bazalarına daimi və tam çıxış əldə edəcək.

Bundan sonra onlar üçün ad və soyad, bank məlumatları, yer, bəyənmələr, mobil telefondakı kontaktlar və sair kimi şəxsi məlumatlar əlçatan olacaq.

Yeri gəlmişkən xatırladaq ki, burada söhbət Yandex - Yango və Yandex Go-ya daxil olan sərnişindaşıma şirkətlərindən gedir.

Maraqlıdır ki, Yandex taksi Gürcüstanda Yandex Go adı ilə fəaliyyət göstərir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə