Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG üzvü olan 4 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Suriyada xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq istəyən terrorçulara cavab verməyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz "Zeytun budağı" və "Sülh çeşməsi" əməliyyat bölgələrində təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə