Pakistanın keçmiş baş naziri İmran Xanın vəkilləri siyasətçinin bir gün əvvəl korrupsiya ittihamı ilə həbs olunduqdan sonra onunla hələ də əlaqə saxlaya bilmədiklərini deyiblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, şənbə günü Lahor şəhərindəki evində saxlanılan Xan İslamabad yaxınlığındakı həbsxanaya gətirilib.
Həmin gün məhkəmə Xanı dövlət vəzifəsində işlədiyi müddətdə xarici liderlərdən aldığı hədiyyələri satmaqda təqsirli bilib.
Və siyasətçi üç il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət təqibi o deməkdir ki, İmran Xanın noyabrda ölkədə keçiriləcək ümumi seçkilərdə iştirak imkanını itirmək ehtimalı var.
“Reuters” qeyd edir ki, Pakistanın informasiya naziri keçmiş baş nazirə vəkillərin regional hakimiyyət orqanlarına çıxışı ilə bağlı vəziyyəti şərh etmək xahişi ilə müraciət edib.
İmran Xanın “Təhrik-e-İnsaf” (Ədalət Uğrunda Hərəkat) partiyası keçmiş baş nazirin həbsi və mühakimə olunması ilə bağlı yuxarı məhkəmələrə müraciət etdiyini bildirib.
Xatırladaq ki, may ayında Xanın qısamüddətli həbsindən sonra baş verən kütləvi etirazlardan və şiddətli toqquşmalardan fərqli olaraq, bu dəfə, deyəsən hələ ki, sakitlikdir. Amma, şənbə günü Xanın tərəfdarları dinc etiraz nümayişləri keçirməyə çağırıblar.
Qeyd edək ki, Pakistanın hazırkı hökuməti Xanın təqibinin qarşıdan gələn seçkilərlə bağlı olduğunu inkar edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB