Bazar ertəsi axşam Sankt-Peterburqun mərkəzində yerli sakin hərbi xidmətə çağırış lövhəsini yandırmağa cəhd edib. “Sentralnıy” rayon administrasiyası adı açıqlanmayan cinayətkarın Çaykovski küçəsindəki binanın qapılarını yandırdığını təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, yanğın törədənin saxlanıldığı deyilir.
Bu arada “Fontanka” nəşri saxlanılan şəxsin 1969-cu il təvəllüdlü kişi olduğunu yazır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan və xüsusən də Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanın bir çox bölgələrində müharibə əleyhdarları hərbi komissarlıqları, polis idarələrini və hətta administrasiya binalarını belə yandırmağa başladılar.
Hazırda yüzdən çox belə hadisə məlumdur. Lakin yanğın nəticəsində xəsarət alan olmayıb.
Onu da qeyd edək ki, əvvəllər yanğınla bağlı cinayət işlərinə özgənin əmlakına ziyan vurma və ya xuliqanlıq maddələri kimi baxılırdı. Daha sonra Rusiya Baş Qərargahı belə halların terror aktı kimi qiymətləndiriləcəyini və 15 ilə qədər həbslə cəzalandırılacağını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB