SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Yunanıstanın “ERT-1” telekanalı yayıb.
Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib. Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə sursat partlayışlarının səsi eşidilir.
Söhbət Yunanıstan Hərbi Hava Qüvvələrinin 111-ci döyüş qanadının mərmi və raketlərinin olduğu sursat anbarlarının yerləşdiyi Karaba bölgəsindən gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB