Qərbi Afrika ölkəsində dövlət çervilişi edilib

Qərbi Afrika ölkəsində dövlət çervilişi edilib

Qərbi Afrika ölkəsi Nigerdə əsgərlər milli televiziya ilə çevriliş elan ediblər. SİA BBC-yə istinadən xəbər verir ki, onlar konstitusiyanı ləğv etdiklərini, bütün qurumların fəaliyyətini dayandırdıqlarını və sərhədləri bağladıqlarını bildiriblər. Niger prezidenti Mohamed Bazoum çərşənbə günü səhərdən prezident qvardiyasının əsgərləri tərəfindən saxlanılıb.

Televiziyada verdiyi açıqlamada polkovnik Maj Amadou Abdramane arxasında doqquz uniformalı əsgərlə birlikdə deyib: "Bütün xarici tərəfdaşlardan müdaxilə etməmələrini xahiş edirik. Vəziyyət sabitləşənə qədər quru və hava sərhədləri bağlıdır”.

O əlavə edib ki, gecə komendant saatı yerli vaxtla saat 22:00-dan 05:00-a qədər növbəti bildirişə qədər qüvvəyə minəcək. Polkovnik Maj Abdramane bildirib ki, əsgərlər Vətənin Mühafizəsi üzrə Milli Şuranın tərkibində fəaliyyət göstərirlər.

Əsgərlərin televiziya ilə verdiyi açıqlamadan sonra ABŞ dövlət katibi Antoni Blinken prezident Bazumun azad edilməsini tələb edib.

ABŞ dövlət katibi Antoni Blinken zənglə Mohamed Bazouma Vaşinqtonun “sarsılmaz dəstəyi”ni vəd edib. BMT-nin baş katibi Antonio Quterres də prezidentlə danışdığını və BMT-nin hərtərəfli dəstəyi təklif etdiyini bildirib.

Bazoum Qərbi Afrikada islamçı yaraqlılarla mübarizədə Qərbin əsas müttəfiqidir. İki qonşu ölkədə, Mali və Burkina Fasoda son illərdə cihadçıların üsyanları səbəb olduğu dövlət çevrilişləri yaşanıb. Hər iki ölkədə yeni hərbi liderlər əvvəllər Nigeri idarə edən keçmiş müstəmləkəçi dövlət olan Fransa ilə fikir ayrılığına düşüblər.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə