ABŞ Rusiya iqtisadiyyatının çökməsi üçün ilkin şərtləri görmür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Departamentinin sanksiya siyasətinin koordinatoru, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd kimi irəli sürülən Ceyms O`Brayen deyib.
Rusların yazdığına görə, amerikalı siyasətçi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı... “biz Rusiya iqtisadiyyatının çökməsini görmürük”- deyə bildirib.
Bundan əlavə, siyasətçi qeyd edib ki, Donbasın qorunması üzrə xüsusi əməliyyatın əvvəlində Rusiya iqtisadiyyatı dünyanın ən böyük on iqtisadiyyatından biri olub.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisad elmləri namizədi Mixail Delyaqin Rusiyanın Qərbin sanksiyalarına necə tab gətirdiyini açıqlamışdı.
Deməli, rusiyalı iqtisadçının dediyinə görə, hələ o vaxt, yəni Rusiyada koronavirus pandemiyası zamanı ruslar total rəqəmsallaşma ilə xarakterizə olunan platforma idarəetmə modelinə keçidə başlayıbmışlar.
Delyaginin fikrincə, bu modelin əsas üstünlüyü, iqtisadiyyatdakı problemlərə demək olar ki, dərhal reaksiya verməyə imkan verməsidir. Ekspert vurğulayıb ki, bu baxımdan Rusiya hazırda dünyada birinci yerdədir(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB