Oteldə yanğın olub

Türkiyənin Antalya şəhərinin Muratpaşa ərazisində oteldə yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı 1 turist həyatını itirib, 11 nəfər isə yaralanıb.

Tarixi Kaleiçi ərazisindəki iki mərtəbəli oteldə baş verən yanğından sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə