Yuqra sakinləri müqavilə əsasında Ukraynada müharibəyə getmək istəmirlər.
SİA-nın “86.RU” əldə etdiyi məlumata görə, Yuqranın bələdiyyə başçıları müqaviləli əsgərlərin cəlb edilməsi ilə bağlı tapşırıqlar alsalar da, lakin onlar döyüşmək istəyən adam tapa bilmirlər.
Təbii ki, şirnikləşdirici təkliflər də yerində. Hətta prosesə nəzarət etmək üçün hər bir şəhər və kəndə kuratorlar da ayrılır, lakin bu gün demək olar ki, bütün bu tapşırıqlar uğursuzluğa düçar olur.
Yeri gəlmişkən, Yuqra Xantı-Mansi Muxtar Dairəsində yerləşifr. Coğrafi cəhətdən Tümen vilayətinin bir hissəsidir. Rusiyanın əsas neft-qaz regionu və dünyanın ən böyük neft hasil edən rayonlarından biridir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB