Dünya bazarında buğda və qarğıdalının qiyməti qalxıb

Taxıl müqaviləsinin ləğvi buğda və qarğıdalının dünya qiymətlərinin artmasına səbəb olub
Dünya bazarında buğda və qarğıdalının qiyməti qalxıb

...Bazar ertəsi Rusiya taxıl müqaviləsini dayandırdığını elan etdikdən sonra dünya əmtəə bazarlarında buğda və qarğıdalı qiymətləri kəskin bahalaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, Ağ Ev Rusiyanın qərarının ərzaq təhlükəsizliyini pisləşdirəcəyi və dünyada milyonlarla həssas insana zərər verəcəyi barədə xəbərdarlıq edib və Rusiyanı “qərarını dərhal geri almağa” çağırıb.

“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada ərzaq qiymətlərinin aşağı salınmasında həlledici rol oynayıb. Lakin Rusiyanın Ukraynaya qəddar və səbəbsiz işğalı nəticəsində kəskin şəkildə artıb”,

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc deyib.

BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın taxıl sazişindən çıxmaq qərarından və Qara dənizin şimal-qərb hissəsində gəmiçilik təhlükəsizliyinə dair Rusiya zəmanətlərini geri götürməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Quterreşin sözlərinə görə, bu gün yüz milyonlarla insan aclıqla və istehlakçılar qlobal həyat böhranı ilə üzləşirlər. Bunun əvəzini onlar ödəyəcəklər.

...Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın taxıl sazişindən çıxmaq qərarını kinli adlandırıb. Buna baxmayaraq o, Avropa İttifaqının Ukraynanın kənd təsərrüfatı məhsullarını ixrac etməyə davam edəcəyini vəd edib.

...Britaniya Rusiya hakimiyyətinin qərarını özünün qeyri-qanuni müharibəsi çərçivəsində ən həssas təbəqələrə zərər vurmaq üçün açıq cəhd adlandırıb.

...Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra Rusiyanı taxıl müqaviləsini yeniləməyə çağırıb. O, Rusiyanın qida silahlandırmasını davam etdirməsini əxlaqsızlıq adlandırıb.

Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasına baxmayaraq, Kiyevin Qara dəniz dəhlizi ilə taxıl tədarükünü davam etdirə biləcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə