Suriya humanitar yardımların daşınmasına daha 6 ay icazə verəcək

Suriya humanitar yardımların daşınmasına daha 6 ay icazə verəcək

Suriya rəhbərliyi BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) məktub ünvanlarayaq, Cilvegözü sərhəd-keçid məntəqəsindən humanitar yardımların daşınmasına 6 ay müddətinə icazə verəcəklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin sözçüsü Stefan Düjarrik yazılı açıqlamasında "Məktubu aldığımızı və araşdırmaya başladığımızı təsdiq edə bilərəm"-deyə bildirib.

Məktubda Suriya rəhbərliyinin bütün suriyalıların həyat şəraitini və ölkədəki humanitar vəziyyəti yaxşılaşdırmağı və sabitliyi təmin etməyi hədəflədiyi bildirilib.

Suriya rəhbərliyinin humanitar yardımın daşınmasını asanlaşdırmağı hədəflədiyi qeyd edilən məktubda "Suriya Ərəb Respublikası suveren qərarı ilə BMT və onun xüsusi tərəfdaşlarına Suriya hökuməti ilə tam əməkdaşlıq və koordinasiya əsasında ölkənin şimal-qərbindəki ehtiyacı olan insanlara bu gündən (13 iyul 2002-ci il) humanitar yardımın Babulhava sərhədindən 6 ay müddətinə daşınmasına icazə verir" ifadələri yer alıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Suriya Qızıl Aypara Cəmiyyəti tərəfindən Suriyanın şimal-qərbində paylanacaq yardım tələbinin də yer aldığı məktubda Suriya rəhbərliyinin BMT və tərəfdaşları ilə işləməyə davam edəcəyi qeyd edilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Cilvegözü sərhəd-keçid məntəqəsi vasitəsilə Suriyanın şimal-qərbindəki bölgələrə yardım təmin edən mexanizmin mandatının uzadılmasını nəzərdə tutan iki ayrı layihə təsdiqlənə bilməyib.

Adətən qida və dərmanlardan ibarət olan yardımın təxminən 4 milyon insana çatdığı bildirilir.

Yanvarın 10-da qəbul edilən son qərarla yardım mexanizminin mandatı iyulun 10-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə