Rusiya XİN-i rusların yaşayış icazələri haqqında məlumat tələb edir

Rusiya XİN-i rusların yaşayış icazələri haqqında məlumat tələb edir

Rusiya Xarici İşlər Nazirliyi öz saytında rusların yaşayış icazəsi, daimi yaşamaq və ya başqa ölkənin vətəndaşlığı haqqında məlumat verməli olacağı əmr layihəsini dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, dəyişikliklər oktyabrın 26-dan qüvvəyə minəcək.

Xatırladaq ki, bu ilin aprelində Rusiya prezidenti Vladimir Putin vətəndaşlıq haqqında qanuna dəyişiklikləri imzalayıb. Qanun dəyişikliklərinə görə, Rusiya vətəndaşlarından yaşayış icazəsinin və xarici dövlətin vətəndaşlığının alınması eləcə də itirilməsi barədə bildirişlər təqdim edilməlidir. Əvvəllər qanunda deyilirdi ki, bu, yalnız Rusiyada yaşayış yeri və ya yerləşdiyi yer üzrə Daxili İşlər Nazirliyi vasitəsilə edilə bilər. Xarici İşlər Nazirliyinin əmrində bunun, o cümlədən Rusiyadan kənarda Rusiya konsulluqları və nümayəndəlikləri vasitəsilə həyata keçirilə biləcəyi göstərilir.

Amma indi ruslar yalnız Rusiyaya gəldikdən sonra yaşayış icazəsi və ya daimi yaşamaq barədə Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər. Bu cür məlumatların gec təqdim edilməsinə görə Cinayət Məcəlləsinin 330.2-ci maddəsinə əsasən cinayət təqibi nəzərdə tutulur ki, bu da 400 saata qədər məcburi iş və ya 200 min rubla qədər cərimə şəklində cəzanı nəzərdə tutur.

Yeri gəlmişkən, 2014-cü ildən 2022-ci ilə qədər Rusiyada 61 nəfər Cinayət Məcəlləsinin 330.2-ci maddəsi ilə mühakimə olunub - Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin məlumatına əsasən, əksər hallarda onlar cərimələniblər. Yəni hələ ki, bununla bağlı tutulan yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə