Bu arada Tbilisidə rusların Avropaya uça bilmələri üçün tranzit qovşağı yaradılır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RBC-yə müsahibəsində “Vnukovo” hava limanının və “Azimut” aviaşirkətinin şəriki Vitali Vantsev deyib.
Xatırladaq ki, Moskva ilə Tbilisi arasında birbaşa uçuşlar bu ilin mayında bərpa edilib. Uçuşları Rusiyanın “Azimut” və “Gürcüstan Hava Yolları” həyata keçirir.
Əvvəla qeyd edək ki, Ukrayna rusiyalı sahibkar Vitali Vantsevlə yanaşı, Gürcüstan Hava Yolları və onun təsisçisi Tamaz Qayaşviliyə qarşı sanksiyalar tətbiq edib.
Maraqlıdır ki, rusların Avropaya uçuşunun təşkilini, qeyd edildiyi kimi, gürcülər təşkil edirlər. Məsələn, Vantsev rusiyalı sərnişinlər üçün tranzit baxımından yaxşı təkliflər üçün gürcülərə olan rəğbətini də dilə gətirir.
Avropaya - indi birbaşa uçuşların bağlandığı Paris, Nitsa və Romaya reyslər açır. Nəticədə ruslar Tbilisidə İstanbul, İrəvan və Bakıdan sonra dördüncü yaxşı tranzit qovşağı əldə edəcəklər.
Bunu Vantsev deyir və o, Rusiya tərəfinin Gürcüstan aviaşirkəti ilə fəal əməkdaşlıq etdiyini gizlətmir.
Qeyd edək ki, Vantsev Gürcüstan Hava Yollarının sahibi Tamaz Qayaşvilinin onun “şəxsi dostu” olduğunu gizlətmir.
Yeri gəlmişkən, Vitali Vantsev Moskva ilə Tbilisi arasında biletlərin baha olmasına da münasibət bildirib.
Onun dediyinə görə, oviasiya elə qurulub ki, biz nə qədər çox uçsaq, xərclərimiz bir o qədər aşağı düşəcək və biz daha aşağı satış qiyməti həddini ödəyə bilək.
...Demək olar ki, dörd il əvvəl Rusiya şirkətləri Gürcüstan bazarını itirdilər, indi biz onu inkişaf etdirməyə başlayırıq. Biz onu nə qədər çox inkişaf etdirsək, təklif müştərilər üçün bir o qədər sərfəli olacaq. Eyni şey reyslərdə yükü artıran tranzit sərnişinlərin sayının artmasına da aiddir. Bütün bu amillər ona gətirib çıxaracaq ki, biletlərin qiyməti getdikcə aşağı düşəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB