Britaniyalı nazirlər ABŞ kasetli sursatların Kiyevə verilməsinə qarşı...

Britaniyalı nazirlər ABŞ kasetli sursatların Kiyevə verilməsinə qarşı...

Bu arada britaniyalı nazir və siyasətçilər ABŞ prezidenti Cozef Baydenin Ukraynaya kaset bombaları göndərmək qərarından narahat olduqlarını bildiriblər.

Belə ki, Leyboristlər Partiyasının liderlərindən biri, kölgə maliyyə naziri Raçel Reeves bazar günü “Sky News”-a müsahibəsində belə sursatları Kiyevə çatdırılma üçün uyğun hesab etmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Böyük Britaniya Maliyyə Nazirliyinin ən yüksək səviyyəli rəhbərlərindən biri Viktoriya Atkins də öz növbəsində Londonun kaset silahları haqqında Konvensiyaya sadiq qalmağa davam edəcəyini bildirib.

Birləşmiş Kral Müdafiə Araşdırmaları İnstitutunun sədr müavini və Böyük Britaniya Baş nazirinin keçmiş milli təhlükəsizlik müşaviri Piter Riketts öz növbəsində “bu qərardan məmnun olmadığını” dilə gətirib.

Yeri gəlmişkən, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Londonun “kaset sursatlarının istehsalını və ya istifadəsini, eləcə də onlardan istifadəni qadağan edən konvensiya” çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə davam edəcəyinə əminlik bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə