...Rusiya Ukraynadakı müharibədə artıq döyüş potensialının yarısını itirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, bu barədə Britaniya ordusunun komandanı, admiral Entoni Radakin parlamentdə keçirilən dinləmələrdə bildirib.
O, həmçinin Ukrayna qoşunlarının əsas əks-hücum əməliyyatının hələ qarşıda olduğunu bildirib.
Radakinin sözlərinə görə, Rusiya Ukraynada 2500 tank itirib və 10 milyona yaxın mərmi xərcləyib. Eyni zamanda, admiral qeyd edir ki, Rusiya hərbi sənayesi ildə bir milyondan çox mərmi və ən yaxşı halda 200 yeni tank istehsal etməyə qadirdir.
Qeyd edək ki, o da Ukraynanın əks-hücumunun ləng getdiyini təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin vəzifəsi, onun fikrincə, düşməni darmadağın etmək və cəbhə xəttini uzatmaqdır. Yəni Kiyev min kilometrdən çox cəbhə xəttini uzatmaqla Moskva üçün ciddi problemlər yarada bilər.
Radakin hesab edir ki, hazırda Ukrayna ordusunun əsas problemləri rusların təşkil etdiyi mina sahələrinin yüksək sıxlığı, hava dəstəyinin olmaması və Ukraynanın Qərb tərəfdaşlarından tələb etdiyi bütün silahları almamasıdır.
Bununla yanaşı, ingilis mütəxxəsis hazırda Rusiya ordusunun böyük hücumu üçün gücü olmadığına əmindir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB