Türkiyənin terrorla mübarizəsi davam edir

Terrorla mübarizə çərçivəsində iyun ayında 65 terrorçu zərərsizləşdirilib
Türkiyənin terrorla mübarizəsi davam edir

Terrorla mübarizə çərçivəsində iyun ayında 65 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında iyun ayında 65 terrorçunun zərərsizləşdirildiyi barədə məlumat paylaşıb.

Keçən ay terrora qarşı 43-ü böyük və orta olmaqla 13 min 138 əməliyyat keçirildiyini bildirən nazir Yerlikaya bu əməliyyatlar zamanı 418 nəfərin saxlanıldığını, 112 nəfərin həbs edildiyini bildirib.

Yerlikayanın paylaşımında "Müqəddəs vətənimiz, şanlı bayrağımız uğrunda gecə-gündüz terrora qarşı mübarizə aparan qəhrəman jandarmımızı və qəhrəman təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Terror bitənə qədər mübarizəmiz davam edəcək" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə