Fransa iyulda keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və Macarıstanı İsveçin üzvlüyünü təsdiqləməyə çağırıb. SİA xəbər verir ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna Parisdə isveçli həmkarı Tobias Billström ilə görüşüb.
Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. İsveçin NATO-ya üzvlüyünün Türkiyə də daxil olmaqla hər kəsin marağında olduğunu bildirən Kolonna, iyulda Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və Macarıstanı İsveçin üzvlüyünü təsdiqləməyə çağırıb. İsveç naziri Billström ölkəsinin yeni antiterror qanununu xatırladaraq, "Stokholm Ankara ilə razılaşmanın şərtlərini yerinə yetirdi. İndi qərar Türkiyənin əlindədir", deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB