Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Afrika ölkələrinin sülh planının 10 əsas komponentini sadalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.
Beləliklə, “sülh təşəbbüsü ilə gələn” afrikalı rəsmilər aşağıdakı məqamları qeyd ediblər:
-Münaqişə sülh yolu ilə həll edilməlidir;
-Sülh danışıqları mümkün qədər tez başlamalıdır;
-Hər iki tərəfdən deeskalasiya lazımdır;
-BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin və xalqların suverenliyi təmin edilməlidir;
-Bütün ölkələr üçün təhlükəsizlik zəmanətləri lazımdır;
-Hər iki ölkədən taxıl və gübrələrin daşınması təmin edilməlidir;
- Qurbanlara humanitar yardım göstərmək lazımdır;
-Əsirlərin dəyişdirilməsi və uşaqların qaytarılması məsələsi həll edilməlidir;
-“Müharibədən sonrakı yenidənqurma” təmin edilməlidir;
-Afrika ölkələri ilə daha sıx əməkdaşlıq.
...Ötən gün səhər saatlarında yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti Ukrayna prezidenti Vladimir Zelenskiyə sülh planını təqdim ediblər.
Zelenski də öz növbəsində, sülh danışıqlarının yalnız Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra mümkün olacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB