İsveç terrorçunu Türkiyəyə təslim edəcək

İsveç Ali Məhkəməsi PKK terrorçusunu Türkiyəyə təslim edəcək. SİA xəbər verir ki, bu barədə İsveç mətbuatında xəbərlər verilib. İsveçdə çap olunan qəzetə görə, məhkəmənin sözügedən terrorçunun gələcəyi ilə bağlı qərarı İsveç hökumətinin ixtiyarına verdiyi bildirilib.

Terror təşkilatı PKK tərəfdarlarının təslim edilməsi Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün qoyduğu əsas şərtlərdən biridir. İsveçdən olan PKK terrorçusunun ilk dəfə Türkiyəyə deportasiya ediləcəyini bildirən xəbərə görə, qərar ötən həftə verilib. Sözügedən şəxs 2014-cü ildə Türkiyədə narkotik cinayətinə görə 4 il 7 ay həbs cəzasına məhkum edilib. Amma şərti azadlığa çıxandan sonra o, İsveçə gedib. İsveç ilk dəfə olaraq PKK terrorçusunu Türkiyəyə təhvil verməyə hazırlaşır

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə