Fevraldan bəri 80 min Suriya vətəndaşı Türkiyəni tərk edib

Fevraldan bəri 80 min Suriya vətəndaşı Türkiyəni tərk edib

Son 7 ildə Türkiyədən 1 milyona yaxın Suriya vətəndaşı öz vətənlərinə qayıdıb və təkcə son 3,5 ayda geri qayıdan qaçqınların sayı təxminən 80 min nəfər təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar bildirib.

Belə ki, nazir bu gün müxaliflərin suriyalı qaçqınların Türkiyə torpaqlarına kütləvi şəkildə köçürülməsi ilə bağlı yaydığı saxtakarlığı təkzib edib və Ankaranın Suriya vətəndaşlarının öz vətənlərinə qaytarılması üçün fəal şəkildə çalışdığını vurğulayıb.

Hulusi Akar əmin edib ki, Türkiyə-Suriya sərhədləri möhkəmləndirilib və ən yüksək səviyyədə qorunur - orada tikanlı məftillər, geniş çala, divarlar, sensorlar və daimi hərbi nəzarət səbəbindən Türkiyəyə keçmək sadəcə mümkün deyil.

Nazir, Türkiyə hərbçilərinin son 5 ildə Suriyadan Türkiyəyə daxil olmaq üçün 3 milyondan çox cəhdi dayandırdığını da bildirib.

O, yeddi il ərzində 1 milyona yaxın Suriya vətəndaşının Türkiyədən Suriyaya getdiyini də xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə