Monteneqro İsraildən 20 milyon avroluq hərbi texnika alacaq

Monteneqro İsraildən 20 milyon avroluq hərbi texnika alacaq

Monteneqronun İsraildən 20 milyon avro dəyərində hərbi texnika alacağı bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, Monteneqro Müdafiə Nazirliyi İsrailin “Elbit Systems” müdafiə sənayesi şirkətindən 20 milyon avro dəyərində hərbi texnika alınacağını açıqlayıb. Müqavilə çərçivəsində Monteneqro hərbçilərinin “Elbit-IMI” akademiyasında təhsil almaları da nəzərdə tutulur.

Bu, Monteneqro və İsrail arasında müdafiə sahəsində imzalanmış üçüncü müqavilədir.

Bütün xəbərlər Facebook səhifəmizdə