Ukrayna prezidenti Vladimir Zelenski Fransanın Kiyevi zirehli maşınlarla təmin edəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin dəftərxanası onun fransalı həmkarı Emmanuel Makronla telefon danışığından sonra məlumat verib.
“Cavabın sürəti və spesifikliyi çox vacibdir, o, bizim imkanlarımızı xeyli artırır. Biz Fransanın Silahlı Qüvvələrimizi güclü zirehli paketlə təmin etməsinin təsdiqini yüksək qiymətləndiririk”.
Zelenski deyib bunu.
Qeyd edək ki, Ukrayna və Fransa rəhbərləri həmçinin NATO-nun Vilnüsdə keçiriləcək sammitinə hazırlığı da müzakirə ediblər.
Xatırladaq ki, bu sammitdə Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı güclü və konkret qərarlar qəbul edilməli və ölkənin NATO-ya dəvət edilməsi proseduruna başlanmalıdır.
Yeri gəlmişkən, Fransa bu ilin yanvarında yüngül təkərli “AMX-10 RC” tanklarının Kiyevə təhvil verilməsini elan edən ilk ölkə oldu. Bu qərar “Leopard”, “Challenger” və “Abrams” tankları kimi ağır zirehli texnikanın Ukraynaya təhvil verilməsini bağışlamağa imkan verdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB