Malinin cənub-qərbində ölkənin müvəqqəti prezidentinin aparat rəhbəri öldürülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Mali dövləti başçısının administrasiyasına istinadən məlumat yayılıb.
Məlumata görə, prezident aparatının rəhbəri Umar Traorenin də daxil olduğu nümayəndə heyəti aprelin 18-də Nara şəhəri yaxınlığında pusquya düşüb. Onunla birlikdə daha 3 nəfər həlak olub.
Qeyd edək ki, Nara Mavritaniya ilə sərhəd yaxınlığında yerləşir. Hələlik hakimiyyət hücuma görə məsuliyyət daşıyanların adını açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB