Amerikalı kəşfiyyatçı Ukraynanın təslim olacağı ayı da dedi..?

Amerikalı kəşfiyyatçı Ukraynanın təslim olacağı ayı da dedi..?

Bu arada amerikalı kəşfiyyatçı Skott Ritter Ukraynanın oktyabr ayına qədər məğlub olacağını deməklə, elə bil rusların “çiçəyini çırtladıb”.

SİA-nın əldə etdiyi məlumata görə, Skott Ritter Bu barədə “YouTube” kanalında yayımlama verib,

Beləliklə, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bildirib ki, Ukrayna ordusu mərmi ehtiyatını itirərək artilleriya müharibəsində uduzacaq.

Onun dediyinə görə, Ukrayna münaqişədə yayın sonuna qədər davam gətirməyəcək. Guya yayın ortalarına qədər Ukrayna ordusunda döyüş sursatı tükənəcək.

Həmçinin, onun sözlərinə görə, oktyabrda Ukrayna prezidenti Vladimir Zelenskinin tam təslim olacaq.

Ritterə görə, hazırda Ukrayna Silahlı Qüvvələri kritik dövrlərdən keçir. Ona görə də o, əmindir ki, Ukrayna prezidenti ölkəni tərk etməlidir.

Qeyd edək ki, bundan əvvəl Ritter ABŞ-ın Krımın ələ keçirilməsində Kiyevə kömək etməyə hazır olmadığını bildirmişdi. O qeyd edib ki,..çünki Vaşinqtonun ritorikası real əməllərlə dəstəklənmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə