ABŞ Belarusun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına qoşulmaq niyyətinə dair heç bir sübut görmür. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Sizə deyim ki, biz hələ də Belarusun Ukraynadakı rus qoşunlarına kömək etmək üçün Ukrayna ərazisinə fiziki olaraq daxil olmaq niyyətində olduğuna və ya planlaşdırdığına, eləcə də təşkilati hazırlıq gördüyünə dair heç bir əlamət görmürük”, - deyə Kirbi deyib.
Bununla yanaşı, Ağ Evin sözçüsü ABŞ-ın Rusiya və Belarusun birgə hərbi təlimlərindən narahatlığını da ifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB