Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Breksitit və Covid-19 pandemiyası zamanı Böyük Britaniyanın baş naziri kimi keşməkeşli fəaliyyətini əks etdirən memuar nəşr etmək üçün "HarperCollins" nəşriyyat şirkəti ilə müqavilə imzalayıb.
SİA APA-ya istinadən xəbər verir ki, Nəşriyyat kitabın adı və ya mümkün nəşr tarixi haqqında məlumat verməyib.
Kitabdan Boris Consonun nə qədər gəlir əldə edəcəyi bilinməsə də, mütəxəssislər müəllifin beynəlxalq şöhrətini nəzərə alaraq kitab qarşılığında təxminən yeddi rəqəmli qonorar alacağını bildiriblər.
Qeyd edək ki, Toni Bleyrin 2007-ci ildə “A Journey” adlı siyasi memuarına görə 5 milyon funt-sterlinqə qədər, Devid Kemeronun isə “For The Record” adlı memuarına görə təxminən 1,5 milyon funt-sterlinq qazandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB