Venesuela prezidenti Nikolas Maduro Latın Amerikasında Rusiya və Çinin müttəfiqlərindən ibarət blok yaratmağı təklif edib. Maduronun sözlərinə görə, o bu təklifi Braziliya, Kolumbiya və Argentinanın başçıları ilə telefon danışığı zamanı da bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yanvarın 14-də “Profile” məlumat yayıb.
Beləliklə, Venesuela lideri Nikolas Maduro Latın Amerikasını Rusiya və Çinlə birləşdirəcək və “yeni güc qütbü”nə çevrilə biləcək “siyasi blok” yaratmaq təşəbbüsü ilə çıxış edib.
Maduronun dediyinə görə, o artıq bir çox dövlət başçılarıyla danışıb. Onun fikrincə, yeni zaman gəlir, Latın Amerikası və Karib hövzəsinin qüdrətli siyasi qüvvələr bloku, dünyaya danışacaq iqtisadi güc yaradılmasına yaxınlaşmaq üçün səyləri və yolları birləşdirməyin xüsusi vaxtıdır.
Bundan başqa, Nikolas Maduro iddia edir ki, Rusiya və Çinlə birgə blokun yaranması ümumi məqsədləri paylaşan icmanın yaradılmasına, həmçinin Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si kimi çoxmərkəzli dünyanın yaranmasına töhfə verəcək.
Ağasəf Babayev
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB