Çinin cənubundakı Quanqdon əyalətində keçirilən Quanqkou avtosalonunda konsept avtomobilin nümayiş etdirildiyi stenddə yanğın baş verib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Sosial mediada paylaşılan görüntülərdə Çinin İAT Avtomobil Texnologiyası Şirkətinin tək qapılı konsept avtomobilinin yarmarkada nümayiş olunduğu stenddə avtomobillə birlikdə yandığı görünür.
Şirkət “Weibo” hesabında yanğının stend quraşdırılması zamanı qəfil baş verdiyini, onun qısa müddətdə söndürüldüyünü, yanğın nəticəsində xəsarət alanın olmadığını bildirib.
Naməlum yanğınla əlaqədar şirkət sərgi iştirakçılarından üzr istəyib və hadisənin araşdırılması üçün Təşkilat Komitəsi ilə əməkdaşlıq etdiklərini yazıb.
Yanğının konsept avtomobildə başladığı, yoxsa stenddən avtomobilə keçdiyi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB