Ölkə üzrə proqram təminatında piratçılığın səviyyəsi 84 faiz təşkil edir
"Ali təhsil müəssisələrində təhlükəsizlik ilk növbədə müəssisənin daxilində qorunmalıdır. Bunun üçün atılmalı ilk addım müəssisənin daxilində sistemlərinin qorunması və istifadə olunan proqramların mənsəbinin bilinməsidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Microsoft-un Təhsil Proqramları üzrə meneceri Emin Axundov deyib. O bildirib ki, proqram təminatının lisenziyalaşdırılması çox vacibdir: " Müəssisə bilməlidir ki, proqram hardan əldə olunub, onu hansı şirkət idarə edir, onun içərisinə nə qoyub. Ona görə də müəssisələr aldıqları proqramları məhz lisenziya qaydalarına görə sahibkarlardan almalıdırlar. Bir neçə hal olub ki, dövlət universitetlərində daxilində elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilələr olub. Universitetlərdə bəzi hallarda bunu hətta tələbələr də edib. Onlar qiymətləri dəyişib və ya silib, şəffaflıq sistemini pozub. Nəticə olaraq universitetlərin fəaliyyətində iş dayanıb, böyük maliyyəyə səbəb olan xərclər olub ki, onlar işlərini yenidən bərpa etsinlər. Bildiyimə görə elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları ən azından microsoft lisenziya qaydalarına uyğun istifadə olunmayıb". E.Axundov söyləyib ki, pirat üsulla əldə olunan proqramlar sistem üçün təhlükəlidir: "Əgər müəssisə proqram təminatını bizdən almırsa, onu pirat üsulla əldə edir. Onun işləməsi üçün piratlar- cinayətkarlar ona müdaxilə etməlidirlər. Belə olan halda, partlamaq həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur. Məhsulun əsl sahibi artıq buna cavabdeh ola bilməz, çünki proqramı onlara başqa qurum verib. O da ola bilsin ki, bunu internetdən yükləyib. Ona görə də sistemə hansı müdaxilələrin olduğunu demək çox çətindir". Menecment əlavə edib ki, ölkə üzrə proqram təminatında piratçılığın səviyyəsi 84 faiz, məktəblərdə 3 faiz, peşə təhsilində isə 99 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB