Avtonom iş vaxtı əksər müasir smartfonların zəif cəhətlərindən biridir. Qurğulara daim "Bluetooth" vasitəsilə məlumat mübadiləsi edən "ağıllı" saatlar qoşulduqda isə avtonomluq daha tez azalmağa başlayır. Lakin bunu smartfona qoşulmayan, daxil olan bildirişlər barədə məlumat verməyən və istifadəçinin fiziki aktivliyini izləməyən yeni "Uvolt" "ağıllı" saatına şamil etmək olmaz. Bunun əvəzinə "ağıllı" saat fövqəladə vəziyyətdə smartfonu enerji ilə doldura bilir.
"4PDA" resursu xəbər verir ki, "Uvolt"da quraşdırılan adi saat mexanizmi funksiyalardan biri kimi saatı göstərir. İkinci funksiya yuxarıda qeyd edildiyi kimi, smartfonu enerji ilə doldurmaqdır. Saatın böyük kvadrat formada olması daxildə akkumulyatorlu blokun quraşdırılması ilə izah olunur ki, onu da lazım olduqda saatı biləkdən açmadan çıxarmaq mümkündür. Akkumulyator "Lightning", "USB Type-C" və "microUSB" çıxışlarına qoşulmaq üçün quraşdırılmış kabelə malikdir. Smartfon simsiz enerjidoldurmanı dəstəklədikdə isə onu sadəcə arxa qapağa yaxınlaşdırmaq lazımdır.
"Uvolt" saatını 119 dollara "Kickstarter" saytında sifariş etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB