“WhatsApp” messencerində yeni “Status” opsiyası istifadəyə verilib

“WhatsApp” messencerində yeni “Status” opsiyası istifadəyə verilib

"Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində istifadəyə verilmiş "Status" opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya "Instagram Stories", "Snapchat"da olduğu kimi işləyir. Messencerin yeni opsiyası kontakt siyahısındakı istifadəçi adlarının alt hissəsində göstərilən statusları əvəz edəcək.

"WhatsApp" messencerində şəkil və çarxlar dərc edildikdən 24 saat sonra lentdən silinəcək. "Status"un digər analoji layihələrdən əsas özəlliyi dərc edilən mesajların şifrlənməsidir. Şirkətin direktoru Yan Koumun sözlərinə görə, yeniliyin əsas üstünlüyü istifadəçilərin həyatında baş verənlərdən tez bir zamanda kontakt siyahısındakı dostların xəbərdar olmasındadır.

Yeni opsiya tədricən "iOS", "Android" və "Windows Phone" sistemləri üçün əlçatan olacaq.

"WhatsApp" messencerinin aylıq auditoriyası təxminən 1,2 milyard istifadəçi təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə