Samsung kiçik smartfonlardan imtina etdiyini izah edir...

...Samsung nümayəndəsi şirkətin kompakt smartfonlardan niyə imtina etdiyini izah edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, TechRadar tərəfindən vurğulanıb.

Samsung-un Mobil Məhsul və Marketinq üzrə vitse-prezidenti Annika Bison bu yaxınlarda Reddit-də sual-cavab sessiyası keçirib.

Saytdakı bir çox istifadəçi Koreya İT nəhənginin niyə nadir hallarda kiçik smartfonlar buraxdığını düşünürdü.

Bison izah edib ki, əksər cihaz sahiblərinin vərdişləri kompakt ekranlarla uyğun gəlmir.

Nümayəndənin sözlərinə görə, istifadəçilər video izləməyə və smartfonlarında məzmun yaratmağa öyrəşiblər.

Samsung rəhbəri qeyd edib ki, “...bütün bu tapşırıqlar böyük ekranlardan faydalanır”.

O, bunun “dürüst cavab” olduğunu və praktik olmayan forma faktorlarından imtina etmək üçün başqa səbəblərin olmadığını qeyd edib.

Bison həmçinin qeyd edib ki, kompakt cihaz həvəskarları qatlanan Galaxy Z Flip smartfonunu seçə bilərlər.

Onun sözlərinə görə, cihaz qatlandıqda asanlıqla cibə sığır. Bundan əlavə, qapaq ikinci ekrana malikdir və bağlandıqda istifadə edilə bilər.

Daha əvvəl TechAdvisor jurnalistləri 2026-cı ildə Samsung smartfonlarını almamağın əsas səbəblərini müəyyən etmişdilər.

Onlar Koreya telefonlarının çatışmazlıqları kimi zəif batareyaları, innovasiya çatışmazlığını və Exynos prosessorlarını göstərmişdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə